Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
SOSİAL
22:29 22.07.2026
883
22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ardınca isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan milli mətbuatı ölkəmizin ictimai fikir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli özünüdərkin və maarifçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. O vurğulayıb ki, Azərbaycan mətbuatı ötən dövr ərzində cəmiyyətin inkişafına, milli dəyərlərin qorunmasına və ictimai şüurun formalaşmasına mühüm töhfələr verib.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova çıxışında müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artır, peşəkarlıq, operativlik və ictimai etimad isə bu sahənin əsas prinsipləri olaraq qalır.

Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı