Bir çox dünya liderləri kimi "Twitter" sosial şəbəkəsindən istifadə edən Rusiya prezidenti qadın heyranlarından birinə səhifəsində qeyri-adi cavab verib. Belə ki, milliyətcə erməni olduğu bildirilən Inna_smbatyan adlı qadın ötən gün prezidentə öz yuxusunu yazıb. Qadın yuxusunda Dmitri Medvedevlə qaranlıq qəsrdə şam etdiyini gördüyünü bildirib.
Rusiya prezidenti isə öz növbəsində qadına maraqlı cavab yazıb: "Mən dünən ümumiyyətlə şam etməmişəm. Müraciət hazırlayırdım :)"