AZXEBER.COM-un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunun səbəbi Liviyada Qəddafi höküməti ilə yerli müxaliflər arasında yaranan qarşıdurmaları aradan qaldırılmaq istəyidir. Liviyaya səfər edən xüsusi nümayəndə ilk öncə Benqazi şəhərinə gedərək orada üsyançıların rəhbərləri olan Mustafa Əbdül-Cəlil, Ömər Əl-Həriri və Məhmud Cibrillə görüşəcək.
Qeyd edək ki, görüşdən öncə açıqlama verən Mixail Marqelov, Rusiya hökümətinin Liviyanın ərazi bütövlüyünün qoruması və tərəflər arasında atəşkəs rejiminin yaranması üçün səy göstərdiyini bildirib.