Vətəninfo.az-a hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Paşayev Elşən Qurban oğlunun anası Mirzəyev Lida Pirəli qızı tərəfindən verilən məlumatda iddia edilir ki, onun əldə etdiyi məlumata görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbuslardan nə az-nə çox düz 220000 manat pul toplanıb.
Lida Mirzəyevanın sözlərinə görə, yığılan pulun bir hissəsi Nizami rayon Məhkəməsinin baş hakiminə, qalanı isə qeyd edilən həbsxana rəhbərliyinə çatıb.
Lida Mirzəyeva qeyd etdi ki, o bu haqda mediaya məlumat verdiyinə görə, ola bilsin həbsxananın rəisi Rövşən Niyazov oğlu Elşən paşayevi incitsin.
"Amma mən heçnədən qorxmuram.Çün ki, Rövşən Niyazov oğluma bildirib ki, onun "DəmirBank”da tanışları var və oğlumun yaxınları həmin bankdan 7 min manat pul götürüb ona versələr o zaman oğlum azadlığa çıxa bilər. Oğlumda bildirib ki, o Rövşən Niyazovun belə bir oyununa getməyəcək”.
Lida Mirzəyeva qeyd etdi ki, Rövşən Niyazov oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elşən Paşayevə bildirib ki, başlqalarından 10-12 min manat alırlar, amma sənin ailən məsələni mətbuata çıxardığından, ora-bura yazdığından 7 min istəyirlər.
"Əgər biz 7 min aparıb pul verməsək oğlumu yox yerdən həbsxanada çürüdəcəklər. Bunlarda insanlıq qalmayıb.Onlar bir anannın göz yaşlarına baxmırlar. 11 ildir övladım həbsxana divarları içərisində çürüdülür. Bir daha deyirəm təkcə oktyabır ayında 220000 manat məhbuslardan pul yığıb ki, onların işlərində azaltmalar olsun.Yığılan pulun yarısı Nizami rayon məhəkəməsinin baş hakiminə çatıb.Bu dəqiq məlumatdı.Sadəcə olaraq həbsdə olanların yaxınları onlara zərər verilər deyə qorxurlar.Mən isə qorxmuram.Bilirəm ki, bu məluamtı sizlərə verdiyimə görə,Elşəni incidəcəklər”.
Redaksiyadan:
Bir daha bəyan edirik ki, yuxarıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslardan pul yığılması və məhbusun azadlığa qovuşması üçün ondan 7 min manat pul tələb edilməsi ilə bağlı iddia Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elşən Paşayevin anasına məxsusdur və qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.