Mehdiabadda gözəllik salonuna çevrilmiş sallaqxananın qıfılının üstündə qan töküldü - Cinayət işi

Mehdiabadda gözəllik salonuna çevrilmiş sallaqxananın qıfılının üstündə qan töküldü - Cinayət işi
KRİMİNAL
11:32 07.07.2019
4657
Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmış məcburi köçkünlər arasında mübahisə qanla nəticələnib. Qəsəbədəki "Qarant" massivində öz ət kəsimi köşkünü gözəllik salonu kimi icarəyə verən 47 yaşlı Rəşid Məmmədovla icarədar Günel Kərimova arasında mübahisə yaranıb. Amma davanı kənardan izləyən qonşulardan biri yaralanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Kəlbəcər rayon sakini, 47 yaşlı Rəşid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM virtualaz.org-am istinadən xəbər verir ki, hadisə ötən il dekabrın 17-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Qarant" yaşayış massivindəki 10 saylı binanın birinci mərtəbəsində baş verib. 

Belə ki, hadisədən bir neçə ay əvvəl Rəşid Məmmədov özünə məxsus ət dükanını qonşusu Günel Kərimovaya icarəyə verib. İki qonşu arasında yaranan qarşıdurma da məhz başıbəlalı obyektə görə olub. İşin təəccüblü tərəfi odur ki, obyekt sahibi ilə icarədarın növbəti davasında kənarda dayanan, heç bir müdaxilə etməyən qonşu qadın ağır xəsarət alıb. Və bütün bunlar qadının azyaşlı övladının gözləri önündə baş verib.

Törətdiyi cinayət əməlinə görə R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Rəşid Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və baş verenlərlə bağlı ifadə verməkdən imtina edib.

Zərərçəkmiş Mahruq Babayeva ifadəsində göstərib ki, qonşusu Günel gözəllik salonu işlətmək üçün icarəyə yer axtarıb. O da öz növbəsində Günelə deyib ki, qonşuluqda yaşayan Rəşidin ət mağazasını gözəllik salonu kimi işlətmək olar: "Rəşidlə Günel öz aralarında razılığa gəldilər. Günel də həmin yeri təmir etdirdi və orada gözəllik salonu açdı. Arada mən özüm də müştəri kimi Günelin salonuna gedib-gəlirdim".

M.Babayevanın ifadəsinə görə, uşaqlarını məktəbə aparıb-gətirərkən bir neçə dəfə Günellə Rəşidin həyat yoldaşının mübahisə etmələrinin şahidi olub. Növbəti dəfə - ötən il dekabrın 17-də azyaşlı qızı ilə birgə məktəbdən qayıdan M.Babayeva Günelin salondakı əşyalarını maşına yüklədiklərini görüb: "Günel salonu bağlayıb çıxanda "qapının qıfılı mənimdi, gedəndə özümlə aparacağam" dedi. Bu zaman Rəşidin həyat yoldaşı mağazadan çölə çıxıb Güneli söyməyə başladı. Aralarında mübahisə düşdü. Bu vaxt Rəşid əlində baltaya oxşayan alətlə onların üstünə sarı hücum çəkdi. Mən mübahisəyə müdaxilə eləməyib kənarda dayanmışdım".

Zərərçəkmiş deyir ki, dava zamanı birdən Rəşidin gözü ona satışıb, onun üzərinə hücum çəkərək "bunları sən mənə ürcah elədin" deyib və baş nahiyəsinə baltanın küpü ilə zərbə endirib: "Zərbənin təsirindən yerə çökdüm, huşumu itirdim. Gözümü açanda Rəşidin əlindəki aləti başımın üstündə yellədiyini gördüm. Rəşidin arvadı Arzu və Mübariz adlı makler Rəşidi tutub kənarlaşdırdılar. Kimsə təcili yardım çağırdı, məni xəstəxanaya apardılar".

Şahid qismində dindirilən Günel Kərimova ifadəsində göstərib ki, ət kəsimi dükanı olan qonşusu Rəşidin uzun müddət həmin obyekti işlətmədiyini görüb qohumu Mahruqla birgə onun yanına gedib, obyekti icarəyə verməyi xahiş edib. Rəşid obyekti təmir etməyə imkanı olmadığını deyib, ondan təmir haqqı üçün 1000 manat istəyib: "Kredit götürüb Rəşidə 1000 manat verdim. Rəşid ilk iki ayın icarə haqqını 150 manatdan, digər ayları isə 200 manatdan hesablayacağını dedi, razılaşdıq. Sentyabrın sonunda təmir bitdi, açılış elədik. Rəşidin arvadı obyektə gəlib narazılıq edirdi, işığı, suyu kəsirdi. Mən də deyirdim ki, verdiyimiz 1000 manatı verin, obyektdən çıxaq. Hadisə baş verən gün Rəşid əlindəki baltayla şərikim Kəmalənin üstünə hücum çəkdi. Səs-küyə anam da gəlmişdi. Mahruq da qızı ilə orada dayanmışdı. Birdən Rəşid baltanın küpü ilə Mahruqun başına vurdu və dedi ki, sənə deməmişəm ki, ayağın bura dəyməsin? Mahruqun başından qan açıldı. Həmin vaxt Mübariz adlı makler gəlib Rəşidi tutub kənarlaşdırdı".

Təqsirləndirilən şəxsin həyat yoldaşı Arzu Məmmədova isə ifadəsində hadisə vaxtı ərinin orada olmadığını deyib: "Güneldən işıqpulu istəyəndə vermirdi. Ona görə də, həm Günellə, həm də onun şəriki Kəmalə ilə aramızda mübahisə düşürdü. Hətta bununla bağlı Mehdiabad polis bölməsinə müraciət edilmişdi. Hadisə günü Günelin icarə müddəti bitdiyinə görə əşyalarını yığıb maşına yüklədi. Səs-küy eşidib çıxanda gördüm ki, Günel və Mahruq Kəmalə ilə birgə obyekti dağıdır, zərər yetirirlər. Kəmaləni itələyib mağazadan çıxardım və polisə zəng vurdum. Mübahisə vaxtı həyat yoldaşım evdə olmayıb".

Məhkəmə prosesi davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi