Məhəd Musaoğlu '550'ni təqdim etdi - FOTOLAR

GƏNCLİK
17:42 30.05.2012
2203
29 may tarixində “Azerbaijan Creative Center“də gənc fotoqraf Məhəd Musaoğlunun sərgisi keçirilib. Sərgidə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Ceyhun Osmanlı, ASAİF-in sədri Orxan Əkbərov, tanınmış incəsənət xadimləri, media nümayəndələri iştirak edib. “550” adlanan sərgidə 55 foto nümayiş olunub. Tədbiri giriş sözüylə açan fotoqraf “550” haqda deyib: “Həyatda 5-ə layiq insanlar tanıdım, 5-ə layiq işlər gördük. Amma hələ də gördüyümüz işlərin 0-a bərabər olduğunu zənn edirik. Bir sözlə 5+5+0 yəni “550”. Ümid edirəm ki, yaxın zamanlarda xarici ölkələrdə də sərgim baş tutacaq. Çıxış edən qonaqlar fotosərgi haqda xoş sözlər deyiblər. Qeyd edək ki, bu fotoqraf Məhəd Musaoğlunun ilk sərgisidir. Sərgi iyunun 2-ə qədər davam edəcək. Sərginin informasiya dəstəyi Azxeber.com informasiya portalıdır.

OXŞAR XƏBƏRLƏR