Bu gün dünya şöhrətli boksçu Məhəmməd Əli ilə vida mərasimi keçiriləcək.
74 yaşında həyatla vidalaşan boksçunun vida mərasimində minlərlə insan iştirak edəcək. Onların arasında müxtəlif ölkələrin dövlət rəsmiləri də var.
İdmançı ilə ötən gün ilk peşəkar boks matçını qazandığı "Freedom Hall"da vida mərasimi keçirilib. Onun tabutunu daşıyanlardan biri də türk olub.
Söhbət Türkiyənin hakim partiyası "Ədalət və İnkişaf"ın (AKP) İstanbuldan seçilən millət vəkili Hasan Turandan gedir. O, tabutu daşıyan yeganə türk olub.
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a yollanıb. Lakin o, səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verib.
///anspress