Məhəmməd Əmin Rəsulzadənin büstü götürüldü - Fotolar

Məhəmməd Əmin Rəsulzadənin büstü götürüldü - Fotolar
Bütün Xəbərlər
19:10 30.08.2012
2018
Bu gün günün ikinci yarsında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonundakı büstü götürülüb. Bu barədə gozetci.az portalına rayon sakinləri məlumat verib. Büstün hara aparıldığı bilinmir.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin büstü Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısında idi. 3-4 ay idi ki orada təmir-tikinti işləri aparılırdı.Elə 3-4 ay öncə də Məhəmməd Əmin Rəsulzadənin büstünün götürüləcəyi haqda məlumatlar yayılmışdı.Xatırladaq ki, qeyd olunan büst 1992-ci ildə, AXC hakimiyyəti zamanı qoyulub.Sakinlər onu da bildirdilər ki, Məhəmməd Əmin Rəsulzadənin büstünün götürülməsi sakinlərin narazılğına səbəb olub. Sakinlərdən aldığımız məlumata görə, hazırda həmin ərazi hasara alınıb və həmin əraziyə heç kim buraxılmır. Sakinlər onu da qeyd etdilər ki, əraziyə polis əməkdaşları da gətirilib: "Qorxurlar ki, sakinlər büstün götürülməsinə etiraz olaraq aksiya keçirər. Buna görə də həmin əraziya polisləri gətiriblər. Yerli məmurlar özləri də qorxu, həyacan içərisindədirlər ki, birdən sakinlər ayağa qalxar", -deyə sakinlər bildirib.
OXŞAR XƏBƏRLƏR