Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması münasibətilə fətva verdi.
AZXEBER.COM xəbər verir ki, fətvada hicri-qəməri təqvimi ilə yeni 1445-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2013-cü il noyabrın 5-nə, Aşura günü isə noyabrın 14-nə təsadüf edir. QMİ Qazılar Şurası bununla bağlı bütün dibdarlara dərin hüznlə başsağlığı verib, onlara Allah-Təaladan səbr, məğfirət diləyib. “Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxartmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”. Fətvada həmçinin vurğulanıb ki, dindarların builki İmam Hüseyn (ə) təziyədarlığı zamanı ehtiyacı olan xəstələr üçün qanvermə kimi humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlarına ümidvatlıq ifadə olunub.