‘Məhkəmə Hacıbala Abıtalıbovu cərimələməyib’ - Vəkil

‘Məhkəmə Hacıbala Abıtalıbovu cərimələməyib’ -  Vəkil
SİYASƏT
14:10 18.07.2013
2045

Nəsimi Rayon Məhkəməsində "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Maliyyə Nazirliyinə qarşı iddiası əsasında keçirilən məhkəmə prosesi başa çatıb.

Bu barədə APA-ya A. Heydərovun vəkili Kamandar Nəsibov məlumat verib. K. Nəsibov bildirib ki, məhkəmə onların iddialarını qismən təmin edib: “Biz Aydın Heydərova məxsus tikintinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyana görə, 17 milyon 634 min 70 manat, mənəvi ziyana görə 50 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmişdik. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin söküntülərə rəhbərlik edən əməkdaşı Zülfəli İsmayılov və Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət də vermişdik. Lakin məhkəmə bizim iddiamızı qismən təmin edərək, dəymiş maddi ziyana görə, cəmi 4 milyon 700 min manat məbləğində pulun ödənilməsi barədə qərar çıxarıb. Həmin pul da Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir ”.

K. Nəsibov qərarla razılaşmadıqlarını, yaxın günlərdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəklərini də bildirib.

Vəkil bəzi mətbuat orqanlarında ona istinadən yayılan “Hacıbala Abıtalıbov 4,7 milyon cərimələndi” başlıqlı yazıların isə yalan olduğunu bildirib: “Həmin xəbərlər tamamilə yanlışdır. Məhkəmə Hacıbala Abutalıbovu cərimələməyib. Biz icra hakimiyyətini və Maliyyə Nazirliyini məhkəməyə vermişik. Həmin məbləğ də Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Bu məsələnin Hacıbala Abıtalıbova adiyyatı yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya Ukraynada strateji məğlub olub"
16:31 30.06.2025
"Rusiya Ukraynada strateji məğlub olub"
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
16:29 30.06.2025
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA