Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verdi

MEDİA
15:01 06.02.2025
135
Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

APA xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onunla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Ona qarşə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR