Məhkəmədə ANS-in MTRŞ-yə qarşı iddiasına baxıldı

Məhkəmədə ANS-in MTRŞ-yə qarşı iddiasına baxıldı
Bütün Xəbərlər
12:41 09.10.2015
1109
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiasına baxılıb. İddia ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin qapadılması barədə MTRŞ-nin oktyabrın 5-də çıxardığı qərarın qanunsuz hsab edilməsi ilə bağlıdır. Məhkəmə iddianı təmin etməyib.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.
ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Oktyabrın 5-də MTRŞ-nın keçirdiyi iclas zamanı isə ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.
ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Həmçinin “Reklam haqqında” qanunun pozulması halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ANS Teleradio Şirkətinin ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul olunub. (bizimyol.info)
OXŞAR XƏBƏRLƏR