Məhkəmə“Tezlik resurslarının siyahısını açıqla!” dedi

Məhkəmə“Tezlik resurslarının siyahısını açıqla!” dedi
MEDİA
21:18 15.12.2011
2441

Azərbaycanda televiziya və radio yayımı məqsədilə ayrılan, ancaq hazırda istifadəsiz saxlanan nə qədər tezlik resursu var? Əgər Radiotezliklər üzrə Dövlət Komissiyası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini icra edərsə, uzun müddətdən bəri qapalı tutulan bu bilgilər gün işığına çıxacaq. AZXEBER.COM-un verdiyi məlumata görə, məhkəmə sözügedən qətnaməni Media Hüququ İnstitutunun hüquqçusu Xalid Ağaliyevin iddiası əsasında bu gün qəbul edib.

Teleradio yayımı məqsədilə ayrılan tezlik resurslarına aid bilgilərin əldə edilməsi ilə bağlı araşdırma Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, tezlik resursları bilgiləri də açıq bilgi sayılır. Tezliklərin siyahısı ildə ən azı bir dəfə topluma açıqlanmalıdır. Ancaq bu siyahı indiyə kimi heç vaxt elan edilməyib. Bu araşdırmanın məqsədi də diqqəti ictimai resurs olan tezliklər barədə bilgilərin açıqlığına yönəltmək və belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub.

X.Ağaliyev bu məqsədlə 2011-ci ilin mayında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Cənab Abid Şərifova bilgi sorğusu ilə müraciət edib. Sorğuçu Azərbaycanda teleradio yayımı məqsədilə ayrılan, ancaq boş olan tezliklərin siyahısının ona təqdim olunmasını xahiş edib. Komissiya bilgi sorğusunu cavablandırmadığından sorğuçu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. İddiaçı xahiş edib ki, məhkəmə komissiyanın üzərinə sorğuya cavab vermək vəzifəsi qoyan qərar qəbul etsin.

Məhkəmə bu gün hakim Museyib Bayramovun sədrliyi ilə iddiaya baxaraq onu təmin edib. Qərara əsasən, Komissiya Azərbaycan Respublikasında televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısını Xalid Ağaliyevə təqdim etməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA