Məhkəməyə çağırılan şəxs orada öldü - FOTO

Məhkəməyə çağırılan şəxs orada öldü -  FOTO
Bütün Xəbərlər
15:15 11.11.2015
1889

O, ailəsinə aliment verməsi üçün çağırılmışdı.

Gəncədə Apellyasiya Məhkəməsinin qarşısında ölüm hadisəsi baş verib.Proses başlamamışdan əvvəl Şövqü Məmmədovun vəziyyəti pisləşib və məhkəmə binasının qarşısında dünyasını dəyişib

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Gədəbəy rayon sakini Şövqü Məmmədov boşandığı ailəsinə aliment verməsi ilə bağlı şikayətə baxılan prosesdə iştirak etmək üçün adıçəkilən məhkəməyə çağırılıb.

Amma məhkəmə prosesi başlamamışdan əvvəl onun vəziyyəti pisləşib və məhkəmə binasının qarşısında dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR