Məhkəməyə çıxan ən qəribə boşanma səbəbləri

Məhkəməyə çıxan ən qəribə boşanma səbəbləri
SOSİAL
00:23 29.07.2026
1061
Böyük ümidlərlə qurulan ailələr bəzən gözlənilməz səbəblərdən dağılır. Türkiyədə məhkəmələrə qədər gedib çıxan bəzi boşanma səbəbləri isə eşidənləri təəccübləndirir. Telefon asılılığından tutmuş xoruldama, xəsislik və oyun düşkünlüyünə qədər müxtəlif səbəblər ailələrin bitməsinə gətirib çıxarıb.

Türkiyədə boşanma işlərində ən çox rast gəlinən səbəblər arasında laqeyd münasibət, xəyanət, zorakılıq, iqtisadi problemlər və ailə müdaxiləsi göstərilir.

Lakin bəzi məhkəmə proseslərində gündəmə gələn qeyri-adi səbəblər də diqqət çəkir.

Məhkəmə proseslərində boşanma səbəbi kimi göstərilən bəzi hallar olduqca maraqlı və qeyri-adi olub. Hüquqi baxımdan bu cür işlər əsasən "nikah münasibətlərinin əsaslı şəkildə pozulması” kimi qiymətləndirilsə də, boşanmaya səbəb olan hadisələr bəzən cəmiyyətin diqqətini çəkir.

Ən çox rast gəlinən boşanma səbəbləri sırasında məsuliyyətsizlik, laqeyd münasibət, xəyanət, zorakılıq, maddi problemlər, ayrı yaşamaq, təhqir, qumar və asılılıqlar, eləcə də ailələrin evliliyə müdaxiləsi göstərilir.
Məhkəməyə çıxan maraqlı boşanma səbəblərindən bəziləri isə bunlardır:

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək və həyat yoldaşına diqqət ayırmamaq;

Daim telefonla məşğul olmaq, həyat yoldaşı ilə ünsiyyət qurmamaq;

Kompüter oyunlarına aludə olmaq və ailə həyatını ikinci plana keçirmək;

Ev işlərində heç bir kömək etməmək;

Daim xoruldamaq, diş qıcırdatmaq və müalicədən imtina etmək;

Həddindən artıq qısqanclıq göstərmək və həyat yoldaşını daim izləmək;

Həyat yoldaşının ailəsinin münasibətlərə davamlı müdaxiləsi;

Şəxsi gigiyenaya diqqət etməmək;

Ortaq evi tez-tez tərk etmək;

Qumar və onlayn mərc asılılığı;

Spirtli içki və digər maddələrdən asılılıq;

Həyat yoldaşının sosial çevrəsini məhdudlaşdırmaq;

Davamlı təhqir və alçaldıcı davranışlar;

Borcları gizlətmək və ailənin maddi vəziyyətini riskə atmaq;

Evə qonaq qəbul etməmək;

Həddindən artıq xəsislik etmək və həyat yoldaşına ciddi qənaət təzyiqi göstərmək;

İş səbəbindən tez-tez səfərlərə getmək;

"Səni sevmirəm”, "mən olmasam heç kimsən”, "səninlə evləndiyimə peşmanam” kimi ifadələr işlətmək;

Xəstə həyat yoldaşına qulluq etməmək;

Daim iş dəyişmək;

Yeni həyat yoldaşını vəfat etmiş əvvəlki həyat yoldaşı ilə müqayisə etmək;

Həyat yoldaşına "alo” deyə müraciət etmək;

Hazırlanan yeməkləri davamlı tənqid etmək;

Daim çayxanada vaxt keçirərək ailəni laqeyd qoymaq;

Başqa evə köçmək imkanı olduğu halda məcburi şəkildə ailə ilə birlikdə yaşamaq.

Qeyd edək ki, Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, 2025-ci ildə ölkədə 193 min 793 cütlük boşanıb. Statistikalar göstərir ki, nikahların ən həssas dövrü ilk illərdir. Boşanmaların 34 faizi evliliyin ilk 5 ilində, 20,3 faizi isə 6-10 il arasında baş verib.

/yenisabah.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO