Məhkumlarımız pomidor-xiyar becərəcək - FOTOLAR

Məhkumlarımız pomidor-xiyar becərəcək -  FOTOLAR
Bütün Xəbərlər
18:09 13.11.2014
1541

Artıq 20 nəfərədək məhkum əməyə cəlb edilib.

Bakıda cəzaçəkmə müəssisəsində tərəvəz becərilməsi üçün istixana yaradılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana istifadəyə verilib.

Yeni təşkil olunmuş istehsalat sahəsi 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR