Mehman Əliyevin həbs xəbəri təsdiqlənmədi

Mehman Əliyevin həbs xəbəri təsdiqlənmədi
Bütün Xəbərlər
14:26 07.01.2012
1152
Sabirabad rayonunda Kür daşqınları nəticəsində zərərçəkmiş şəxslərlə “Kür” Vətəndaş Cəmiyyətinin nümayəndələri arasında bu günə təyin olunan görüş baş tutmayıb.Yayılan məlumatlara görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları görüşə müdaxilə ediblər. Nəticədə bir neçə nəfərin saxlanılaraq polis şöbəsinə gətirildiyi, saxlanılanlar arasında cəmiyyətin koordinatoru Oqtay Güləliyev və “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin də olduğu bildirilir.Rayon polis şöbəsinin rəis müavini Rauf Məcidov isə APA-nın Mil-Muğan bürosuna bildirib ki, heç kim saxlanılmayıb. O, sadəcə həmin şəxslərlə söhbət etdiklərini bildirib. R. Məcidov telefonu yanında olan M Əliyevə verib, M. Əliyev də rəis müavininin dediklərini təsdiqləyib.O. Güləliyev də APA-ya açıqlamasında R. Məcidovun otağında söhbət etdiklərini deyib: “Burdan çıxandan sonra ətraflı məlumat verəcəyik”.
OXŞAR XƏBƏRLƏR