Mehman Hüseynov tapıldı

Mehman Hüseynov tapıldı
Bütün Xəbərlər
21:53 27.10.2014
3664
Oktyabrın 27-də bloqqer Mehman Hüseynovu polis saxlayıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.

AZXEBER.COM xəbər verir ki, Mehman Hüseynovun AzadlıqRadiosuna dediyinə görə, istintaqda ondan “Sancaq” dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar.

Emin Hüseynovun direktoru olduğu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində prokurorluq əməkdaşları axtarış aparıblar. Ofisin qapıları möhürlənib. Emin Hüseynovun harada olmasa barədə məlumat yoxdur.

Mehman dindirildikdən sonra sərbəst buraxılıb. 

OXŞAR XƏBƏRLƏR