Mehriban Əliyeva: "Təəssüf ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına münasibət bildirməyib”

Mehriban Əliyeva: "Təəssüf ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına münasibət bildirməyib”
Bütün Xəbərlər
10:17 08.04.2011
1767
 “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi Azərbaycan ötən illər ərzində bir neçə belə tədbirə ev sahibliyi edib. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə isə Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqda qadınların roluna həsr olunmuş beynəlxalq konfrans Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda əlverişli mühit mövcuddur. Azərbaycan bütün dünyaya açıq olan ölkədir, burada yüksək tolerantlıq mövcuddur”. 

APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri” sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva deyib.

O, Azərbaycanda ən müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyini vurğulayıb. M. Əliyeva Bakıda belə möhtəşəm tədbirin keçirilməsinə verdiyi dəstəyə görə beynəlxalq təşkilatlara təşəkkür edib: “Bugünkü tədbir dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən bir addımdır. Mədəniyyətlərarası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Müxtəlif ölkələrdə bu problemə həsr olunmuş dəyirmi masalar, forumlar, konfranslar keçirilir. Təəssüflər olsun ki, buna rəğmən qarşıdurmaların sayı azalmır, əksinə artır. Təəssüf ki, düşmənçilik, etnik təmizləmələr, müharibələr bugünkü dünyamızın reallığına çevrilib”.

M. Əliyeva ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına da münasibət bildirib: “Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə çox yaxındır, ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik. Dualarımızın mahiyyəti də eynidir. Təəssüf ki, bu gün insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik. Özünü din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı qüvvələrin sifarişidir? Çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına reaksiya verməyib, münasibət bildirməyib”.

Mehriban xanım çıxışında dinin siyasiləşdirilməsi məsələsinə toxunub, bunu bəşəriyyətin ən böyük problemlərindən biri adlandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə klubu kapitanını sata bilər
19:22 11.08.2025
İngiltərə klubu kapitanını sata bilər
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
19:10 11.08.2025
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
18:59 11.08.2025
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
18:48 11.08.2025
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
18:36 11.08.2025
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq