Mehriban Əliyeva aktyora sahib çıxdı - Əməliyyat xərcləri ödənəcək

Mehriban Əliyeva aktyora sahib çıxdı -  Əməliyyat xərcləri ödənəcək
MEDIA
13:40 15.08.2016
2761
Kukla Teatrının aktyoru Rəhim Rəhimovun əməliyyat xərclərini dövlət ödəyəcək.
Bu barədə aktyorun özü məlumat verib verib. O qeyd edib ki, bir müddət öncə səhhətində yaranmış problemlə əlaqədar Heydər Əliyev Fonduna etdiyi müraciətə cavab verilib: “Avqustun 8-də məktubuma müsbət cavab verilib. Əməliyyatımla bağlı Səhiyyə Nazirliyinə məktub göndərilib. Nazirlik də mənim əməliyyatımı Mirməhəmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanaya həvalə edib. Mən orada əməliyyat olunmalıyam. Artıq mən orada növbəyə dayanmışam, müayinələrdən keçirəm. Növbəm çatan kimi əməliyyat olunacağam”.
Qeyd edək ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR