Mehriban Əliyeva: “Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir”

Mehriban Əliyeva: “Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir”
Bütün Xəbərlər
14:42 04.12.2011
1251
“Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir”. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışda deyib. Onun sözlərinə görə, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynayıb: “Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçib. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri biz bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri var. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də dini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir”. Mehriban Əliyeva 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığını xatırladıb: “Həmin dövrdə ölkəmizdə demokratiya institutları formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli parlament fəaliyyətə başlamışdı, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdı, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin ilk opera və baleti yazılmışdı. Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz böyük imperiyaların siyasi maraqlarının qurbanı oldu. Bir çox amillərin arasında Bakı neftinə artan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə Azərbaycanda sovet rejimi quruldu”. Onun sözlərinə görə, sovet dövründə bütün çətinliklərə baxmayaraq, Azərbaycanın siyasi potensialı formalaşıb, savadsızlıq tamamilə ləğv olunub, təhsil sistemi qurulub, Milli Elmlər Akademiyası fəaliyyətə başlayıb. Mehriban Əliyeva bildirib ki, 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik və demokratiya ideyaları unudulmayıb və nəhayət 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edib, Azərbaycan xalqı öz taleyinin, öz torpağının sahibi olub. Azərbaycanın birinci xanımı Dağlıq Qarabağ münaqişəsinə də tounub: “Müstəqilliyimizin ilk illərində biz çoxlu problem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də həllini tapmayıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümidvarıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər bir məcburi köçkün öz doğma torpağına qayıdacaq”. Mehriban Əliyva bəyan edib ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir: “Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə sosial problemlər həllini tapır. Son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb tikilib”. “Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və Avratlantik qurumlara inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və bütün xarici dövlətlərlə qarşılıqlı maraqlar və dostluq əsasında münasibətlər qurmaqdır. Ölkəmiz beynəlxalq sülh və sabitliyin qorunmasına yönəldilmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qazla təminatına öz töhfəsini verməyə hazırdır”, - Mehriban Əliyeva bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"