Mehriban Əliyeva Bolqarıstanın şəhərinin fəxri vətəndaşı seçilib

Mehriban Əliyeva Bolqarıstanın şəhərinin fəxri vətəndaşı seçilib
SOSİAL
18:54 25.08.2016
1945
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" adına layiq görülüb.
"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, Mehriban Əliyeva bu ada şəhər meri Daniel Panovun təklifi və şəhər bələdiyyə şurasının qərarı əsasında Bolqarıstanın qədim paytaxtının mədəni-tarixi irsinin qorunması və təbliğinə verdiyi töhfələrə görə layiq görülüb.
Qeyd edilib ki, Heydər Əliyev Fondu orta əsrlərə aid olan və bu il sentyabrın 22-dən turistik marşrutlar siyahısına daxil ediləcək "Trapezitsa" qalasının sosiallaşması layihəsi üçün 2,5 milyon lev hədiyyə edib.
OXŞAR XƏBƏRLƏR