Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib.
AZXEBER.COM--un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb.“Daily times” qəzetinin 22 tarixli nömrəsinin 2 səhifəsi də bu mövzuya həsr olunmuşdur. Buradakı məqalələrdə Mehriban xanımın humanist fəaliyyəti, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələrə dair geniş məqalələr çap olunmuşdur.
Qeyd edilmişdir ki, 2007-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilmiş, orada yenidənqurma işləri aparılmışdır.
Fond Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparmış, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil etmiş, İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatlarını maliyyələşdirmiş, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi hədiyyə etmiş, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərmiş, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil etmiş, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.Qeyd edək ki, böyük tirajla nəşr olunan nüfuzlu “Daily times” qəzeti Pakistanla yanaşı, eyni zamanda, Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də yayımlanır.