Mehriban Əliyeva planetin ən parlaq xanımları siyahısına düşdü FOTO

Mehriban Əliyeva planetin ən parlaq xanımları siyahısına düşdü  FOTO
Bütün Xəbərlər
12:31 03.09.2015
1394

Məşhur "Kosmopolitan" (Cosmopolitan) jurnalı müxtəlif ölkələrin birinci xanımları barədə məqalə dərc edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı planetin ən gözəl və ən şık prezident xanımı kimi hallanıb. AZXƏBƏR.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məşhur "Kosmopolitan" (Cosmopolitan) jurnalı müxtəlif ölkələrin birinci xanımları barədə məqalə dərc edib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adı var. Оnlar müğənni və ya aktrisa deyillər, lakin bu xanımların da öz pərəstişkarları var. Qadınlar onların stilini kopyalayırlar, kişilər isə onların həyat yoldaşlarının yerinə olmağı arzulayırlar. Bu qəhrəmanlar — onlar bütün planet üzrə ən parlaq və şık birinci ledilərdir. Mişel Obama Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama - onu sadəcə Amerika liderinin xanımı kimi tanımırlar. Missis Obama artıq fəal sosial həyat tərzi ilə artıq çoxdan öz ərini kölgədə qoyub: o, yumor şoularında iştirak edir, əla rəqs edir, rep oxuyur. Valeri Triyerveyler Fransa prezidenti Fransua Olandın keçmiş həyat yoldaşı. 2012-ci ildə madam Triyerveylerin üzərinə ağır missiya düşür — birinci xanım postunu ölkənin keçmiş birinci ledisi, model və müğənni Karla Brunidən qəbul etmək. Valeri model deyil, jurnalist və teleaparıcıdır, lakin ölkə vətəndaşlarının qəlbini dəb zövqü ilə və özünün şəxsi dramı ilə əla almağı bacarıb. İlyarım bundan əvvəl Valeri ərinin xəyanıtindən xəbər tutduqda xəstəxanaya düşür. Prezident Fransua Oland aktrisa Jüli Qayla eşq yaşayırdı... Nəticədə bu ilin yanvar ayının sonunda prezidentin vətəndaş nikahı pozulur. Mehriban Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı - ağıllı və gözəl Mehriban. Birinci xanım ölkənin ən hörmətli, sayılıb-seçilən — yazıçı Mir Cəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. Mehriban xanım öz nəslini ləyaqətlə davam etdirir: Seçenov adına Moskva Tibb Universitetini qırmızı diplomla bitirib. Hələ tələbə ikən gələcək prezidentlə ailə həyatı qurur. Cütlüyün üç uşağı var. Mehriban Əliyeva peşəsi üzrə Moskvada göz xəstəlikləri elmi-araşdırma institutunda işləyib, sonra isə xeyriyyəçiliklə məşğul olub. Bu fəaliyyətinin nəticəsi olaraq Heydər Əliyev Fondunu yaradır və hazırda Fondun prezidentidir. Azərbaycanın birinci xanımı hazırda BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Və əlbəttə ki, ölkənin ən tərzli xanımıdır. Əsma Əsəd Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd — etnik suriyalıdır, amma gələcək birinci xanım Londonda doğulub və böyüyüb. Əsmanın anası diplomatdır. Əsma sevgisi naminə Britaniya paytaxtını və beynəlxalq investisiya banklarındakı uğurlu karyerasını buraxıb Suriyaya gəlməyə razılaşır. 2000-ci ildə vətəninə qayıdaraq ölkəsinin birinci xanımı olur. Suriyanın birinci xanımının xarici görünüşü qərblilərdən seçilmir: dəbli kostyumlar geyinir və saçını qısa kəsdirir. Anxelika Rivera Aktrisa, meksikan seriallarının ulduzu olan bu xanımın real həyatı da ekranlarda olduğu kimi dəyişir. Anxelika Rivera 2010-cu ildə Mexiko şəhərinin qubernatoru Enrike Penyu Netoya ərə gedir və həyat yoldaşı iki il sonra ölkə prezidenti postunu tutur. Cütlük birlikdə hər birinin keçmiş nikahdan üçü olmaqla altı uşaq tərbiyə edirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU