Mehriban Əliyeva qondarma 'soyqırımı' qanununa etirazını bildirdi - FOTOLAR

Mehriban Əliyeva qondarma
Bütün Xəbərlər
22:50 07.02.2012
1885
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 7-də Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi senatorlardan ibarət nümayəndə heyəti ilə görüşüb.
AZXEBER.COM-un Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirib. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür etmiş, ümidvar olduğunu bildirmişdir ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcək.Xanım Natali Qule göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.Fransalı senator ümidvar olduğunu bildirib ki, o və dostluq qrupundakı digər senatorların ümumi səyləri sayəsində bu istiqamətdə aparılan işlər nəticəsini verəcək, iki ölkə arasında münasibətlər bundan sonra da inkişaf edəcək.
OXŞAR XƏBƏRLƏR