Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi - FOTOLAR

Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi - FOTOLAR
MANŞET
23:58 01.10.2019
15729
Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim etdi.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzuladı.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirdi.(AZƏRTAC)

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
21:57 01.07.2026
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
21:51 01.07.2026
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
"Qarabağ" daha bir yoxlama oyununda uduzdu
21:45 01.07.2026
"Qarabağ" daha bir yoxlama oyununda uduzdu
Göldə boğulan Sevda Nəbiyeva həkim imiş
21:31 01.07.2026
Göldə boğulan Sevda Nəbiyeva həkim imiş
Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama
21:28 01.07.2026
Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
21:17 01.07.2026
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
Ukraynada həlak olan Fatimənin atası: "Ürəyim yanır"
21:07 01.07.2026
Ukraynada həlak olan Fatimənin atası: "Ürəyim yanır"
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
21:04 01.07.2026
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
“Üfüqdən o yana baxış...” - FOTO
20:53 01.07.2026
“Üfüqdən o yana baxış...” - FOTO
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
20:46 01.07.2026
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
Millinin ev oyunlarının məkanları açıqlandı
20:38 01.07.2026
Millinin ev oyunlarının məkanları açıqlandı
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
20:36 01.07.2026
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
20:34 01.07.2026
Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
20:33 01.07.2026
Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
20:30 01.07.2026
Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
20:23 01.07.2026
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək