Mehriban Əliyeva sədr təyin olundu

Mehriban Əliyeva sədr təyin olundu
Bütün Xəbərlər
20:41 17.01.2013
1582
Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.Müvafiq dövlət qurumlarının rəhbərləri və Olimpiya çempionlarının təmsil olunduğu Təşkilat Komitəsinə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR