Mehriban Əliyevadan döyülərək qolları kəsilən oğlana kömək - Protez əllə təmin olunacaq

Mehriban Əliyevadan döyülərək qolları kəsilən oğlana kömək -  Protez əllə təmin olunacaq
SOSİAL
17:11 07.09.2016
19990
Ötən il Zaqatalada radikal dindarlar tərəfindən hər iki biləyi balta ilə kəsilən Vüsal Bəşirov Heydər Əliyev Fondunun dəstəyi ilə protez əllə təmin olunacaq.Bu barədə V.Bəşirov özü məlumat verib. 27 yaşlı gənc ona göstərilən köməyə görə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.“Mehriban xanıma təşəkkür edirəm. O, mənim müraciətimə cavab verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki əlim protez olacaq. Çox sevinirəm. Artıq məndə normal insan kimi iş görə biləcəyəm”.V. Bəşirov protez qoyulmamışdan əvvəl hər iki qolunun əməliyyat olunacağını deyib: “Hər iki biləyim kəsilib protez üçün uyğunlaşdırılmalıdır. Bunun üçün əməliyyat lazımdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyinə ehtiyacım var”.Qeyd edək ki, V.Bəşirov ötən ay saytımız vasitəsilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəmişdi.Xatırladaq ki, məlum hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilmişdi ki, vəhabi dini təriqətinə mənsub Zaqatala rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıblar.Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə Vüsal Bəşirovu döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparıblar.R.Tahirov qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıb.Cinayətdə adı hallanan şəxslər tutularaq, barələrində həbs-qətimkan tədbiri seçilib.Azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub