Balaxanı poliqonundan avtomat darağı və xeyli sayda patron tapılıb.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.ASC-dən bildirilib ki, buna oxşar vəziyyət 20 noyabr tarixində də baş verib və 1 ədəd tank əleyhinə yararsız mina, 3 ədəd patron və 1 ədəd “Voltran” tipli təlim tapançası tapılıb.Aşkar olunan silah-sursat aktlaşdırılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.Məlumata görə, “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş tullantıların tərkibindən son 6 ay ərzində 30 adda 425 ədəd hərbi sursat və silahlar aşkarlanıb.Qeyd edək ki, aşkarlanmış bütün silah və hərbi sursatlar və digər kriminal xarakterli hallarla bağlı Daxili İşlər Nazirliyi ilə birgə iş aparılır, minalar isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) təhvil verilir.