ANS PRESS “Diyanethaber” saytına istinadən xəbər verir ki, zəvvarları Kəbəyə aparan Məkkə bələdiyyəsinə aid sərnişin avtobusu şəhərdəki “Mahvaz” tunelində aşıb. Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan bir Pakistan vətəndaşı ölüb. 5 nəfəri türkiyəli olmaqla 18 zəvvar isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.