Meksikada 1,9 km uzunluğunda piroq hazırlandı - FOTO

DÜNYA
12:14 04.01.2013
1861
Meksikada şirniyyat ustaları nəhəng piroq bişiriblər. Kral-Maqlar Günü münasibətilə bişirilən piroqun uzunluğu 1,9 km, ağırlığı isə 9,4 ton təşkil edib.Bu piroqun dadına baxmaq istəyən on minlərlə Mexiko sakini nəgəng şirniyyatın qoyulduğu mərkəzi Sokalo meydanına toplaşıblar. Nəhəng piroqun ilk dilimi Mexiko meri Miqel Anxel Marseraya çatıb. 1 saat yarıma piroqun hamısı yeyilib. Təşkilatçıların hesablamalarına görə, nəhəng piroqun dadına 200 minə yaxın adam baxa bilib.Piroqun hazırlanmasında 2200 adam iştirak edib. Piroqun dəyəri 1,1 milyon peso, və ya 91 min dollar qiymətləndirilib.Qeyd edək ki, "Roska de Reyes", yəni "Üç Kral Çörəyi" adlandırılan piroq Meksikada artıq 14 ildir ki, ənənəvi olaraq hər il bişirilir.

OXŞAR XƏBƏRLƏR