"Məktəb adı ilə evdən çıxıb geri qayıtmayan şagirdlərə münasibətim çox mənfidir.
Çox təəssüf ki belə hallar var".AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziriMisir Mərdanovdeyib.M.Mərdanov bildirib ki, məktəblilərin məktəb adı ilə evdən çıxıb geri qayıtmamasının səbəbləri müxtəlif ola bilər:“Gənc yaşlarında uşaqlar müxtəlif səbəblərdən belə addım atırlar. Əlbəttə çalışmalıyıq ki, bu cür hallar olmasın. Burada əsas məsuliyyəti valideynlər, daha sonra isə məktəb və müəllimlər daşıyır”.Nazir bildirib ki, əvvəllər də belə hallar baş verib və həmin uşaqlar tapılaraq sağ- salamat evlərinə qaytarılıblar:“İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat evlərinə qayıdacaqlar”.