Məktəb atəşə tutuldu, ölən və yaralananlar var

DÜNYA
14:01 19.03.2012
2048
Fransanın cənub-qərbindəki Tuluza şəhərində yəhudi məktəbinin qarşısında atışma olub. 
Şahidlərin sözlərinə görə, atışma nəticəsində azı 3 nəfər ölüb. Onlardan ikisi uşaqdır. 4 nəfər yaralının olduğu da bildirilir. Polisin məlumatına görə, məktəbə atəş açan şəxs hadisə yerindən motosikletlə uzaqlaşıb. Hadisə yeri mühasirəyə alınıb, hücum faktı ilə bağlı araşdırma aparılır.Xatırladaq ki, ötən həftə də biri Tuluzada, ikisi isə yaxınlıqdakı Montoban şəhərində olmaqla, 3 hərbçi öldürülmüşdü. Əsgərlərə atəş açan şəxs də motosikletdə qaçdığından, hər iki cinayətin eyni adam tərəfindən törədildiyi ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR