"Məktəb rəhbərləri sertifikasiyada yüksək bal toplayanlar arasından seçilir".
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, məktəb rəhbərləri və direktor müavinləri sertifikasiya prosesində yüksək bal toplayan müəllimlər arasından seçilir və bu çox önəmlidir.
"Direktor və məktəb rəhbəri ən yaxşı müəllimlərdən olmalıdır”, - deyə Emin Əmrullayev qeyd edib.
Şahanə Ziyad











































