Məktəb direktorundan şəhid xanımına hörmətsizlik: “Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”

Məktəb direktorundan şəhid xanımına hörmətsizlik: “Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”
SOSİAL
12:43 18.09.2017
4816

Bəzən şəhid ailələrinə göstərilən xoş münasibətə kölgə salanlar da tapılır.

AZXEBER.COM xəbər verir ki, Şuşanın müdafiəsi zamanı şəhid olmuş Natiq Şahmuradovun həyat yoldaşı Sevinc Quliyeva 1993-cü ildən Bakı şəhəri, Yasamal rayonu 175 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. 

Bu illər ərzində heç bir problemlə üzləşməyən şəhid xanımı ötən tədris ilindən heç bir səbəb olmadan məktəbin direktoru Qələndər Qələndərovun təzyiqi ilə üzləşib. Belə ki, məktəb direktoru ona növbəti tədris ilindən özünə başqa iş yeri axtarmağı "məsləhət” görüb. 

Bu "məsləhəti” qəbul etməyən Sevinc Quliyeva hazırkı tədris ilində əvvəlki dərs yükündən məhrum olub. Belə ki, məktəb direktoru müəllimi ibtidai siniflə təmin etməyib və "çarəsiz” qalaraq, ona ötən illərlə müqayisədə fərqli dərəcədə az olan yığma dərs yükü təklif edib.

Xatırladaq ki, Təhsil Nazirliyinin açıqlamasına görə müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Və qeyd edək ki, Sevinc Quliyevə diaqnostik qiymətləndirmədə müsbət nəticə əldə edib.  

Modern.az-ın məlumatına görə, Sevinc Quliyevə məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Muradovaya, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azad Niyazova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevə müraciət edib. Müraciət olunanların hər biri şəhid xanımın şikayətləndiyi məsələdə haqlı olduğunu söyləyiblər və məsələnin müsbət həll olunacağını bildiriblər.

Ancaq bu müdaxilələrə baxmayaraq, məktəbin direktoru heç bir tədbir görməyib. Yalnız Sevinc Quliyavanı yanına çağırtdıraraq, istehzalı bir cümlə deməklə kifayətlənib: "Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək