Məktəbdə 1-ci sinif şagirdi döyüldü - Qadınlar əlbəyaxa oldular

Məktəbdə 1-ci sinif şagirdi döyüldü - Qadınlar əlbəyaxa oldular
SOSİAL
10:42 30.09.2016
5924

Dünən orta məktəblərin birində qadınlar arasında dava olub.

Hadisə Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbin inzibati binasında baş verib. Məktəbdə nəzarətçi işləyən qadınla şagirdin anası əlbəyaxa olub.
Hər iki qadının xəsarət aldığı qeyd olunur.

Məktəbin işçisi tərəfindən döyüldüyünü iddia edən Ağamalıyeva Ramella hadisənin necə baş verdiyini bizə danışıb.

"Qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilan məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itələdi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu, mənim acığıma gəldi. Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm. Özümə də xəsarətlər yetirib".

Mübahisənin baş verdiyi 51 saylı orta məktəbin direktor müavini ilə əlaqə saxladıq. Kifayət müəllimənin sözlərinə görə, hadisə onların məktəbinin inzibati binasında baş versə də, bunun 51 saylı orta məktəbə aidiyyəti yoxdur. Çünki 10 saylı Zəngilan məktəbinin bəzi sinifləri onların məktəbinin binasında dərs keçir. Mübahisə edənlər də məhz o məktəbin şagirdinin valideyni olub. Direktor müavininin sözlərinə görə, valideyn məktəbin işçisinə ciddi xəsarət yetirib. Artıq bununla bağlı həkimin rəyi də alınıb. 

///Femida.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb