Dekabrın 18-də Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Azadkənd kəndi ərazisində, 1996-cı il təvəllüdlü Nəbiyev Şahmar Əlican oğlu, 1995-ci il təvəllüdlü Əliyev Fariz Azər oğlunu bıçaqlayıb. Ş.Nəbiyev hadisəni törədəndən sonra hadisə yerindən qaçıb.
Əldə etdiyi digər məlumata görə, hər iki şəxs məktəblidir. Ş.Nəbiyev Azadkənd orta məktəbinin 10-cu, F.Əliyev isə 11-ci sinfində oxuyur. Bir müddət əvvəl yeniyetmələr arasında məktəbdə dava-dalaş düşüb və o vaxtdan münasibətləri gərgin imiş. Hadisə günü isə Ş.Nəbiyev mal-qaranı Kür çayının kənarında otarırmış. Bu zaman F.Əliyevlə oun arasında növbəti də dava-dalaş düşüb və 15 yaşlı oğlan adəti üzrə üzərində gəzdirdiyi bıçaqla (kənd yerlərində qeyri-adi hal sayılmır) həmkəndlisini vurub. Artıq Ş.Nəbiyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş başlanılıb.
Lent.az