Məktəbdə türkcə danışanlar cərimələnəcək

Məktəbdə türkcə danışanlar cərimələnəcək
Bütün Xəbərlər
09:43 11.01.2013
1610

Tehran hakimiyyəti Rza və Məhəmmədrza pəhləviləri qəbul etmədiyini bildirsə də, onları təkrar edir.

İslam Cümhuriyyəti İran mərkəzli fars düşüncə sisteminə qulluq etdiyini gizlətmir.

Mənbənin məlumatına əsasən, Tehran hakimiyyətinə Təbrizdə quluq edənlər şəhər məktəblərinə yenidən cərimə sandıqları yerləşdirib.

Onlar bu tədbiri özəlliklə Təbrizin bir sıra qızməktəblərində, o cümlədən Həzrəti- Məsumə və Fatimiyyədəhəyata keçirirlər. Azərbaycan türkcəsində, ana dilində danışan şagirdlər cərimələnir və sandığa pul atmağa məcbur edilirlər.

Mənbə bildirib ki, adı çəkilən məktəblərdəsandıqları «İran və dünya tarixi»dərsinin müəllimi xanım Əzizzadə yerləşdirib. O, şagirdləri fars dilində danışmağa məcbur edir. Azərbaycan türkcəsində danışan şagirdlərlə irqçi kimi davranır.//lent.az

OXŞAR XƏBƏRLƏR