Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO

Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
SOSİAL
21:26 25.06.2026
229
Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında fərman imzalayıb. Fəmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək. Dövlət dəstəyinin maliyyələşdirilməsi isə hər il dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına həyata keçiriləcək.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, tətbiq ediləcək yeni mexanizm məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına və özəl bağçaların imkanlarından daha səmərəli istifadə olunmasına şərait yaradacaq.

Deputatın sözlərinə görə, yeni maliyyələşmə modeli məktəbəqədər təhsil müəssisələrinə çıxış imkanlarını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın güclənməsinə də töhfə verəcək.

Nazirlər Kabineti üç ay müddətində yeni maliyyələşmə modelinin tətbiqi qaydasını hazırlayıb təsdiq etməlidir.

OXŞAR XƏBƏRLƏR