Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
SOSİAL
22:23 25.06.2026
142
Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu proses tamamlanacaq.

AZXEBER.COM xəbər verir ki, bunu "Report” İnformasiya Agentliyi və "İctimai TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir: "Bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib. Artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib.

Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb. Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq”.
OXŞAR XƏBƏRLƏR