Təhsil Nazirliyi yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına iyunun ikinci yarısından başlayacaq.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə məlumatlar nazirliyin saytında məlumat yerləşdirilib. Nazirlikdən bildirilib ki, məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək.TN əvvəlki illərin nəticələrinə əsasən bildirir ki, bu il də kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir. Hazırda isə 2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına baxılır. Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.