Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
SOSİAL
12:11 14.09.2026
125
Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs "Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
OXŞAR XƏBƏRLƏR