Məktəblərdə ingilis dilinin tədrisi gücləndiriləcək

Məktəblərdə ingilis dilinin tədrisi gücləndiriləcək
Bütün Xəbərlər
16:00 11.09.2013
1106

Müəllimlərin dərs yükü normasının yuxarı həddi 24 saatdan 36 saata qaldırılacaq.

AZXEBER.COM-un məlumatına görə, bunu təhsil naziriMikayıl Cabbarovdünən Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxışı zamanı deyib.Bundan başqa nazir məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib.M.Cabbarov yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını da diqqətə çatdıraraq təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

OXŞAR XƏBƏRLƏR