Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”

Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”
SOSİAL
15:01 16.09.2026
233

Yeni tədris ilinin başlamasından cəmi iki gün keçməsinə baxmayaraq, məktəblərdə şagird davranışları ilə bağlı müxtəlif görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Son günlər yayılan görüntülərdən birində məktəbli qızın dərsə gedərkən makiyaj etdiyi və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşdığı görünür.

Bundan əvvəl isə məktəblərdən birində şagirdin canlı yayım açması, digər bir məktəblinin isə elektron siqaretdən istifadə etməsi ilə bağlı görüntülər yayılmışdı. 

Baş verən hallar məktəblərdə şagird davranışlarına nəzarət, daxili intizam qaydalarının tətbiqi və bu istiqamətdə maarifləndirmə işlərinin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu cür hallara görə yalnız məktəbi və müəllimləri məsul tutmaq düzgün deyil:

"Çox təəssüflər olsun ki, artıq məktəbin ikinci günüdür. Sosial şəbəkələrdə, mediada məktəbdə baş verən bu hadisələrlə bağlı geniş müzakirələr gedir. Məsələ burasındadır ki, bu müzakirələrdən də görürük ki, bütün iradlar, nöqsanlar məktəbə, məktəb rəhbərliyinə yönəlir. 

Halbuki belə məsələlərdə məsuliyyət bölüşdürülməlidir. Bu, hələ məktəbin ilk günləridir. Müəllim sinfə gəlib çatmağa, məktəb direktoru şagirdlərlə salamlaşmağa imkan tapmamış belə bir hadisə baş verir.

Valideyn də öz üzərinə məsuliyyət götürməlidir. Üç aydan sonra məktəbə qayıdan şagirdin bu cür görüntülər çəkib paylaşması və diqqəti neqativ istiqamətə yönəltməsi düzgün deyil. Şagirdin məktəbə həvəsinin formalaşdığı bir vaxtda belə hadisələrin baş verməsi və bunun geniş şəkildə yayılması məktəbə münasibətə də mənfi təsir göstərir".


 Ekspert qeyd edib ki, bu cür halların qarşısının alınması üçün həm məktəb, həm də valideynlər daha ciddi məsuliyyət daşımalıdır:

"Mən düşünürəm ki, birmənalı şəkildə bu cür hallarla bağlı müəyyən tədbirlər görülməlidir ki, digər şagirdlər üçün də nümunə olsun. Əks halda belə davranışlar digər şagirdlər arasında da yayıla bilər.

Artıq yalnız valideynə güvənməklə bu məsələnin həll olunacağına ümid etmək olmaz. Əgər valideyn nəzarəti kifayət qədər effektiv olsaydı, bu cür hallar baş verməzdi. Smartfonları şagirdlərin əlindən tamamilə götürmək mümkün olmayacaq. Ona görə də məktəbdə yeni yanaşmalar düşünülməlidir. Mən bunu cəza mexanizmi kimi nəzərdə tutmuram. Sadəcə, davranış qaydalarına uyğunlaşmaqda çətinlik çəkən şagirdlərlə ayrıca işləmək üçün mexanizmlər olmalıdır. 

Digər dövlətlərin təcrübəsində də belə yanaşmalar mövcuddur. Məktəbin davranış qaydalarına uyğunlaşmaqda çətinlik çəkən şagirdlərlə xüsusi proqramlar çərçivəsində işləmək mümkündür. Bu istiqamətdə gecikmədən müəyyən addımlar atılmalıdır ki, belə halların qarşısı alınsın və şagirdlər davranışlarına daha məsuliyyətlə yanaşsınlar".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
16:29 16.09.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Prezident deputatla bağlı sərəncam imzaladı
16:17 16.09.2026
Prezident deputatla bağlı sərəncam imzaladı
Şəhərə rahat çıxış axtaranlar üçün Biləcəridə 3 otaq studiya mənzillər
16:13 16.09.2026
Şəhərə rahat çıxış axtaranlar üçün Biləcəridə 3 otaq studiya mənzillər
Azərbaycanda abortların sayı artır, doğum isə azalır - Səbəb nədir?
15:57 16.09.2026
Azərbaycanda abortların sayı artır, doğum isə azalır - Səbəb nədir?
Palçıqdan tikdiyimiz evlərə sığan uşaqlığımız…- Uşaqlığı kimlər əlimizdən aldı?
15:32 16.09.2026
Palçıqdan tikdiyimiz evlərə sığan uşaqlığımız…- Uşaqlığı kimlər əlimizdən aldı?
Uzun kirpiklər gözəl görünə bilər, amma... – Xəbərdarlıq
15:21 16.09.2026
Uzun kirpiklər gözəl görünə bilər, amma... – Xəbərdarlıq
Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı
15:04 16.09.2026
Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı
Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”
15:01 16.09.2026
Məktəblərdə nə baş verir? – “Artıq tədbir görülməlidir”
Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”
14:39 16.09.2026
Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
14:38 16.09.2026
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
"Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib"
14:30 16.09.2026
"Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib"
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
14:27 16.09.2026
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI
14:20 16.09.2026
ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI
“Gəncəsər və Xudavəng kimi abidələr..." - Deputat
14:19 16.09.2026
“Gəncəsər və Xudavəng kimi abidələr..." - Deputat
Qarabağın Alban irsi - Səssiz qalan abidələr, Qafqaz Babilistanı və tarixi həqiqətlər
13:59 16.09.2026
Qarabağın Alban irsi - Səssiz qalan abidələr, Qafqaz Babilistanı və tarixi həqiqətlər
Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?
13:50 16.09.2026
Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?