“Rəhbərlik qadağa qoyub”.
Artıq tədris ili yekunlaşmaq üzrədir. Təxminən 18 gün sonra orta məktəb məzunları 11 illik tədris müddətini başa çatdırıb ilk təhsil ocağından ayrılacaqlar. Hər il olduğu kimi, bu il də məktəblərdə “son zən”g tədbiri keçiriləcək. Tədbirin keçirilməsi 31 may tarixi üçün nəzərdə tutulub.
AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Bakıdakı orta məktəblərdən verilən məlumata görə, tədbirlərin məktəb daxilində keçirilməsinə icazə verilib. Məzunların həmin gün toplu şəkildə Dənizkənarı Bulvar ərazisində hər hansı mərasim keçirməsinə məktəb rəhbərliyi qadağa qoyub.