Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF
SOSİAL
19:22 22.02.2018
2427

Son zamanlar Bakı məktəblərində əxlaqla bağlı məsələlər tez-tez gündəmə gəlir.

Belə ki, fevralın əvvəli 132-134 saylı Təhsil Kompleksində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətə böyük müzakirələrə səbəb olub və tənqid olunub.

Bu gün isə Nərimanov rayonu 82 saylı orta məktəbdə yeniyetmə qızın açıq-saçıq görüntüləri yayılıb. Hətta bu məsələdə müəlliminin əli olduğu qeyd edilib. Hadisə ilə əlaqədar polisə müraciət olunub.

Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılıb. 

Bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması aktuallaşır.

Bəs görəsən, məktəblərdə belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?

Məsələ ilə bağlı təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov Oxu.Az-a bildirib ki, məktəblərdə əxlaq problemi hər zaman aktual olub, lakin əvvəllər bu hadisələr belə ictimailəşməyib:

"Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir.

Valideynlər narahat olurlar. Fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, "online” əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır. 

Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon var. Biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur.

Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir.

Qaldı ki mobil telefonlar vasitəsilə şagirdlərin açıq-saçıq şəkillərin yayılması məsələsinə, belə hallar özünü təkcə şagirdlər arasında yox, həm də müəllimlər arasında göstərir”.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır:

"Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyada belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb, bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına ehtiyac yoxdur”. 

Ekspertin sözlərinə görə, baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir:

"Hesab edirəm ki, məsələ ilə bağlı yüksək səviyyədə bir qərar qəbul edilməlidir. Neqativ halların qarşısını almaq üçün Milli Məclisdə bununla bağlı qanun qəbul etmək lazımdır”

oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO