"Hadisənin baş verdiyi gün saat 13:00-da məktəbdən çıxdım. Sevgilim zəng etdi. Onunla telefonla danışarkən, sən demə, Melih də yanında imiş. Melih telefonda məni təhqir etdi. O, sevgilimə "Yağış yağırdı, Aleynanın evinə getdik. Narkotik maddə qəbul etdikdən sonra cinsi əlaqədə olduq" dedi. Bunu qəbul edə bilməzdim. Çox çətin vəziyyətə düşdüm. Mən bakirəyəm. Kimsəylə cinsi əlaqədə olmamışam.
Daha sonra evə gedib paltarımı dəyişdikdən sonra Melihlə görüşdüm. Evdən çıxanda mətbəxdən bıçağı da özümlə götürdüm. Məqsədim onu öldürmək deyildi".
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, bu sözlər 18 yaşlı Aleynanın ifadəsində qeyd olunub.
Türkiyənin Eskişehir şəhərində 18 yaşlı şagird Aleyna özündən 3 yaş kiçik Melihi bıçaqlayıb. Melih xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Aleyna saxlanılıb. O, cinayətə görə peşman olduğunu dilə gətirib. Məsələ ilə bağlı araşdırma davam etdirilir.