Məktəbli qız özünü binadan atdı - Bakıda

Məktəbli qız özünü binadan atdı -  Bakıda
Bütün Xəbərlər
11:58 04.05.2015
1927

Bakıda intihara cəhd olub.  Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. 235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR