Məktəblilər arasında keçirilən futbol üzrə 'School Cup' çempionatı yekunlaşıb

GƏNCLİK
11:00 04.05.2013
1744

“İrəli” Məktəbli Klubu və “İrəli” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə start verilən məktəblilər arası futbol üzrə “School Cup” çempionatı yekunlaşıb.

AZXEBER.COM-un məlumatına görə, çempionatın yekunu “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində baş tutub.

Qeyd edək ki, çempionatda ümumilikdə 8 komanda iştirak edib. Yekun olaraq 204 saylı məktəb 16 xal toplayaraq 1-ci yerə, 21 saylı orta məktəb 2-ci yerə, BSU Məktəb Lisey Kompleksi isə 3-cü yerə sahib çıxıb.

Qalib komandaya diplom və kubok, digər iki yerin sahiblərinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan məktəbliləri bir araya gətirməkdir.

OXŞAR XƏBƏRLƏR