Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib - FOTOLAR

Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib - FOTOLAR
SOSİAL
11:43 27.10.2025
108
Elm və Təhsil Nazirliyinin və "Kapital Bank”ın dəstəyi ilə "Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında "Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika kuboku keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarışda ölkənin 22 şəhər və kəndini təmsil edən 42 komanda iki yaş kateqoriyasında — 6–9-cu və 10–11-ci siniflər üzrə mübarizə aparıb. Komandalar final mərhələsinə canlı şəkildə keçirilən regional kubokların qalibi kimi və ya 622 komanda arasında təşkil olunan onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar.

Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər. Üç turdan ibarət yarışın yekun nəticələri aşağıdakı kimi olub:

6–9-cu siniflər kateqoriyası üzrə:
1-ci yer – "Dominant” (Quba), 20 xal
2-ci yer – "Kvebek” (Şəki), 17 xal
3-cü yer – "Beyin fırtınası” (Bakı), 15 xal
10–11-ci siniflər kateqoriyası üzrə:
1-ci yer – "Vesper” (Bakı), 27 xal
2-ci yer – "El-Rey” (Xırdalan–Bakı), 22 xal
3-cü yer – "Zəkalar” (Bakı), 21 xal

Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, "Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər arasında onlayn və canlı formatlarda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda işinin inkişafına töhfə verir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol